Arıqladığı üçün peşman olub - Fotolar

Arıqladığı üçün peşman olub -  Fotolar
2962 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur model Gigi Hadid çəki itirməsi ilə bağlı edilən müzakirələrdən bezib.

Axşam.az-ın xarici KİV-ə istinadən məlumatına görə, o, bu haqda qonaq olduğu "Vogue" dərgisində danışıb.

Kendal Cenner və Eşli Qremlə müzakirə aparan Hadid onu internetdə çəki itirməsi üçün qınayanlara sərt reaksiya verib. Model bildirib ki, kökəlmək üçün əlindən gələni edir.

"Bədən quruluşumu sevirdim. Onda daha cazibədar idim. Arıqlayan da isə insanların reaksiyası mənfi oldu. Bilirəm ki, hər gün arıqlayıram. Güzgüdə özümə baxanda pis oluram. Yağlı yeməklər, burgerlər yeyirəm ki, kökəlim" deyə, Gigi söyləyib.