Günel cehizi ilə klip çəkdirdi - Fotolar

Günel cehizi ilə klip çəkdirdi -  Fotolar
4504 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Günel Zeynalova sözləri və musiqisi özünə aid olan "Bir adam var" adlı mahnısına klip çəkdirib. 

Axşam.az-ın məlumatına görə, ekran işinin çəkilişlərində ifaçı evindəki pianinodan isatifadə edib. Günel Türkiyə mediasına açıqlamasında deyib ki, bu onun cehizidir:

"Azərbaycanda bütün gənc qızların evində cehiz pianino var. Bu da mənim cehizimdir".

Müğənni çəkiliş zamanı barmağını da zədələdiyini söyləyib. "Qapı arasında qaldı. Az qalsın qopacaqdı. Barmağımı xilas etdik, amma dırnağım düşdü. Klipə görə onu sarımalı oldum" deyə, Günel açıqlama verib.