"Kürəkənim Fransada yaşayır, toy isə..." - Dilarə

"Kürəkənim Fransada yaşayır, toy isə..." -  Dilarə
7903 dəfə oxunub
  • A-
  • A
  • A+

"İdmanla məşğulam, sağlam qidalanıram, çoxlu su içirəm, hər gün 12 kilometr bulvarda yürüş edirəm. Çox nadir hallarda olur ki, yürüşə çıxa bilmirəm. Amma artıq 4 ildir ki, bunu edirəm".

Bu sözləri Axşam.az-a açıqlamasında əməkdar artist Dilarə Əliyeva deyib. Aktrisa son günlər arıqlığının çox müzakirə edildiyini söyləyib:

"O qədər də çox çəki atmamışam. Ümumilikdə 7 kiloqram çəki atmışam. Əslində həmişə olduğumdan artıq çəkidə görünürdüm. İndi idmanla məşğul olduğum üçün bədənim yığılıb".

D.Əliyeva yeni çəkildiyi filmlərdən bəhs edib. O bildirib ki, qarşıda iki yeni film var:

“Məhəllə 3”ə çəkilirəm. Daha sonra “Əfsanə qayıdır” filmi var. İkisinin də çəkilişləri davam edir. “Əfsanə qayıdır” filmində obrazım Əfsanədir. Həqiqətən çox gülməlidir. Gözəl bir iş olacaq. Tərəf müqabillərim Elxan Yunis, Nicat Rəhimov və Fərda Xudaverdiyevdir.

“Məhəllə” Eliş və Roşkanın hekayəsi idi. Bizim xarakterlər orada köməkçi vasitələrdir. Bu dəfə elə yazılıb ki, Qüdrətin xarakteri yox idi. “Məhəbbət” tamaşaçıları şok edəcək. Gözlənilməz bir xarakter də var. İnsanları sözün əsl mənasında çaşdıracaq".

Bir müddət əvvəl qızını nişanlayan Dilarə toyu dekabrda planlaşdırdıqlarını deyib:

"Çox gözəl hisslərdir. Bütün qız, oğul övladı böyüdən valideynlər bu hissi yaşasınlar. Gözəl insanlardır, gözəl ailədir. Sevgi üzərində qurulmuş münasibətdir. Hər şey yolundadır. Hələ ki, toy barədə qəti fikir deyə bilmərəm. Əslində qızımın nişanlısının planı dekabrdadır, amma o, Fransada təhsil alır. Təhsillə birgə mümkün olsa, dekabrda toyu edəcəyik. Olmasa, mövsümün sonunu gözləyəcəyik. Təhsilini alıb, işini qurmağından asılıdır".

"Toydan sonra qızınızın Fransaya köçməsi sizi narahat etmir" sualına aktrisa belə cavab verib:

"İstəyərəm övladım harada, kiminlə xoşbəxtdirsə, orada da olsun. Hər zaman ruhən onların yanındayam".

Foto: İlqam CƏBİYEV