Sıla sevgilisi ilə barışdığını təsdiqlədi

Sıla sevgilisi ilə barışdığını təsdiqlədi
744 dəfə oxunub
  • A-
  • A
  • A+
Xəbər verdiyimiz kimi, müğənni Sıla və aktyor Ahmet Kural 10 aylıq ayrılıqdan sonra barışıb.

Axşam.az xarici KİV-ə istinadən məlumat verir ki, ötən gün Etilerdə görüntülənən ifaçı barışıq xəbərini doğrulayıb. Hər şeyin qaydasında olduğunu deyən Sıla toyun nə zaman olacağı ilə bağlı suala cavab verməyib.

Qeyd edək ki, ikili yanvarda ayrılmışdı. Buna səbəb isə Ahmetin Sılanı vurması haqda iddiaların yayılması idi.