"15-20 minlik kliplər keyfiyyətsiz çıxır"

"15-20 minlik kliplər keyfiyyətsiz çıxır"
1238 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Sevinc Musayeva “Yalvarma” adlı yeni mahnısına çəkdirdiyi klipdən bəhs edib.

Axşam.az-ın məlumatına görə, sənətçi “İncə sənət” verilişinə açıqlamasında ekran işinin xaricdə çəkilən kliplərdən daha yaxşı olduğunu deyib:

“Bu klipim xaricilərdən heç seçilmir. Bəziləri gedib Türkiyədə 15-20 min manata klip çəkdirirlər, ortada isə heç də keyfiyyətli iş olmur. Bu klipə xərcim çıxmayıb. Yaxın dostlarım mənə hədiyyə edib”.