Aslı və Murad barışıb? - Fotolar

Aslı və Murad barışıb? - Fotolar
4648 dəfə oxunub
  • A-
  • A
  • A+

"İstanbullu gəlin" serialında "Sürəyya" obrazına həyat verən aktrisa Aslı Enver Nişantaşı istiqamətində görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, kameraya tuş gələn Aslı jurnalistlərin bəzi suallarını da cavablandırıb.

Enver "Muradla yenidən barışmısınızmı" sualını isə cavabsız qoyub. O, "Bu barədə danışmaq istəmirəm" deyərək cavabdan yayınıb.

Aslının suala cavab verməməsi müzakirələrə səbəb olub. Bəziləri onların barışdığını, lakin bunu gizli saxladığını, bəziləri isə aktrisanın söz-söhbətlərdən bezdiyi üçün sualı cavabsız qoyduğunu deyib.