Mətbəxdə keçirdiyiniz vaxtı qısaltmaq və işinizi asanlaşdırmaq istəyirsiz?

Axşam.az xarici KİV-ə istinadən bunun üçün sizə bir neçə məsləhət verəcək:

1. Yəqin ki, yumurtanı sındırarkən, ondan bir parça kasanın içinə düşüb. Həmin hissəsi əllə belə götürmək çətin olur. Buna görə də xırda hissəni götürmək üçün yumurtanın öz qabığından istifadə edin.



2. Soğan doğrayarkən gözləriniz yaşayır? Odur ki, soğanı soymamışdan bir neçə dəqiqə öncə buz dolabına qoyun, daha sonra çıxararaq doğrayın. Bəzən çəkilmiş əti qızardarkən quruyur.



3. Əgər ətin suyu qalmasını istəyirsinizsə, onda o, bişənədək üzərində buz saxlayın.



4. Çerri (balaca) pomidorları bəzən iki yerə bölmək çətin olur. Bunun üçün pomidorları iki boşqabın altına yığın və bıçaqla rahat kəsin.



5. Sarımsaq soymaq da vaxt alır. Bunu istəmirsinizsə, onda sarımsağı bir neçə dəqiqəlik mikrodalğalı sobada və ya isti suda saxlayın, sonra rahat soyun.



6. Balıq qızardarkən çox vaxt tavaya yapışır. Belə olmasını istəmirsinizsə, onda balığın altına limon dilimləri yığın. Beləcə balığınız tavaya yapışmaz, həm də daha dadlı olar.



7. Hər hansı bir içkinin tez soyumasını istəyirsinizsə, onu nəm dəsmala bükün və buz dolabına qoyun.



8. Yəqin fikir vermisiniz ki, banan evdə 1-2 gün qaldıqda qaralır. Bunun qarşısını almaq üçün bananları şəkildə gördüyünüz kimi bağlayın.



9. Zəncəfil soymaq da vaxt alır. Bunun qarşısını almaq üçün bıçaqdan deyil, qaşıqdan istifadə edin.



10. Pizzanı təkrar isidərkən qurumasın deyə mikrodalğalı sobaya içində limon dilimi olan bir stəkan su qoyun.



                 

Digər Xəbərlər