Əməkdar artist dediyi sözləri dandı - Sponsor axtarırdı

Əməkdar artist dediyi sözləri dandı -  Sponsor axtarırdı
1812 dəfə oxunub
  • A-
  • A
  • A+
Bir neçə gün əvvəl əməkdar artist Nahidə Orucova maşın almaq üçün sponsor axtardığını deyib.

Axşam.az-ın məlumatına görə, aktrisanın "Hər şey daxil" verilişində dediyi sözlər sosial şəbəkədə böyük səs-küy yaradıb. Hər kəs 57 yaşlı Nahidəni qınayıb və tənqidlər yazıb.

Qınaqları görən Orucova məsələ ilə bağlı açıqlama verib. Onun videosunu prodüser Tarix Əliyev paylaşıb. Aktrisa bir neçə gün əvvəl dediyi sözləri danıb:

"Yuxudan durandan İnstaqramda saytların yazdığını gördüm. O qədər şərh yazıblar ki... Deyirlər, "Bütün aktrisalar düşüb verilişlərə pul istəyirlər. Mən pul istəmirəm, sponsorum teatrımdır".

Qeyd edək ki, Tolik verilişdə Orucovanın sponsor axtardığını demiş və aktrisadan təsdiqini soruşmuşdu. N.Orucova prodüserin "Birdən elə bilərsiniz ki, yalan deyirəm. Nahidə xanım özü desin" sözlərinə "Yox, düz deyir" cavabını vermişdi.