"Aparıcıların dillərində qüsur var" - Xalq artisti

"Aparıcıların dillərində qüsur var" -  Xalq artisti
762 dəfə oxunub
  • A-
  • A
  • A+

"Telekanallarımızın çox olması müsbət haldır. Amma qeyri-peşəkar aparıcılarımız var ki, belə olduğu halda dilimizi qorumaq çətinləşir".

Axşam.az "report"a istinadən xəbər verir ki, bunu xalq artisti Mənsum İbrahimov Nəsimi adına Dilçilik İnstitutu “Musiqi ifaçıları və ədəbi dil normalarının gözlənilməsi” mövzusunda monitorinqin nəticələrinə həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, bəzi televiziya aparıcılarının dillərində qüsur var, dilin qaydalarına riayət etmirlər, yad sözlərdən çox istifadə edirlər:

"Bu səhvləri bəzən müasirlik kimi qəbul edirlər, amma, bu, doğru deyil. Hər kəs özü işinin peşəkarı olmalıdır".

Xalq artisti qeyd edib ki, ana dilinin qorunması üçün geniş təbliğat aparılmalıdır.