İkinci dəfə əməliyyat olunacaq

İkinci dəfə əməliyyat olunacaq
1074 dəfə oxunub
  • A-
  • A
  • A+

Dünən xəstəxanaya yerləşdirilən aparıcı Mehmet Ali Erbil artıq bir dəfə əməliyyat edilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, aparıcının infarkt keçirməsi ilə bağlı yayılan xəbərlərə həkimi belə cavab verib:

“Xəstəmiz evində yıxıldıqdan sonra xəstəxanamıza gətirilib. Qabırğalarında qırıqlar var. Sinə boşluğunda qanama var deyə təcili əməliyyat etdik. 45 dəqiqəlik əməliyyatdan sonra vəziyyəti yaxşıdır. Hələ ki, reanimasiyadadır.

Qabırğası ətinə batdığı üçün ağciyərə müdaxilə olunacaq. İkinci əməliyyat gələn həftə baş tutacaq”.