90-cı illərin məşhur müğənnisi öldü

90-cı illərin məşhur müğənnisi öldü
1084 dəfə oxunub
  • A-
  • A
  • A+

Əfsanəvi "Nensi" qrupunun solistlərindən olan sergey Bondarenko vəfat edib.

Axşam.az-ın Rusiya mətbuatına istinadən məlumatına görə, bu haqda musiqiçinin atası Anatoli Bondarenko sosial şəbəkədə yazıb. "Bu gün saat 4:04-də Sergey vəfat etdi" deyə, o, paylaşımında qeyd edib.

Musiqiçinin ölümünün səbəbi isə hələ açıqlanmayıb. "Nensi" dekabrın 7-də konsert verməyə hazırlaşırdı.

Qeyd edək ki, Rusiya-Ukraynanın məşhur qrupu 1992-ci ildə yaradılıb.