"Fazilet hanım ve kızları"nın aktrisası bu dəfə fərqli obrazda - Fotolar

"Fazilet hanım ve kızları"nın aktrisası bu dəfə fərqli obrazda - Fotolar
2793 dəfə oxunub
  • A-
  • A
  • A+
"Fazilet hanım ve kızları" serialından sonra şöhrətinə şöhrət qatan aktrisa Afra Saraçoğlu yenidən tamaşaçı qarşısına çıxacaq.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa ölkəsində və dünyayada tanınan ilk idman filmi "İyi Oyun"da yer alıb. Afra bu dəfə tam fərqli obrazda oynayacaq.

Ekran işindən bəzi kadrlar sosial şəbəkədə paylaşılıb. Saraçoğlunun buynuzlu şeytan obrazı hər kəsin marağına səbəb olub. Aktrisa qısa qara saçları ilə bəyənilib.

Qeyd edək ki, Mert Yazıçıoğlu, Afra Saraçoğlu, Orkun İşıtmak, Bahar Şahin, Yigit Kirazcı, Hakan Kurtaş, Doğaç Yıldız, Tolqa Canbeyli və Bada Oh Dəniz kimi məşhurların rol aldığı film 2 noyabrdan kinoteatrlarda nümayişə başlayacaq.