26 yaşlı model Karli Kloss milyarder Coşua Kuşnerə ərə gedib.

Axşam.az-ın xarici KİV-ə istinadən xəbərinə görə, toy məclisi Nyu-Yorkda baş tutub. Məclisə 80 nəfər qonaq dəvət edilib.

33 yaşlı Coşua həyat yoldaşı üçün gələn yaz dəbdəbəli toy edəcək. Gəlin toydan bir fotosunu sosial şəbəkə izləyiciləri ilə bölüşüb.

Cütlüyün nişanı 3 ay əvvəl keçirilib. 6 il eşq yaşadıqdan sonra Karliyə evlilik təklifi edən Kuşner ona bahalı brilyant üzük bağışlayıb.

Qeyd edək ki, Coşua ilə ailə quran Karli Donalt Trampın ailə üzvlərindən birinə çevrilib. Belə ki, bəyin böyük qardaşı Cared Trampın böyük qızı İvanka Trampla ailəlidir.





                 

Digər Xəbərlər