"Space"dəki verilişin aparıcısı dördüncü dəfə dəyişdi

"Space"dəki verilişin aparıcısı dördüncü dəfə dəyişdi
2514 dəfə oxunub
  • A-
  • A
  • A+
Aktrisa Şəhanə Yusifova "Sənətsevər" verilişindən gedib.

Axşam.az-ın məlumatına görə, "Space"də yayımlanan proqrama artıq Gita İsmayılqızı aparıcılıq edir. Şəhanə bildirib ki, verilişdən özü imtina edib:

"Yeni mövsümə dəvət etdilər, amma gördüm ki, çatdıra bilməyəcəm. Mənim üçün ən önəmlisi aktrisalıqdır. Seriala çəkilirəm, ona görə də verilişə vaxtım qalmır. Buna görə də proqramdan uzaqlaşdım".

Qeyd edək ki, "Sənətsevər" verilişinə əvvəl Zəhra Quliyeva aparıcılıq edirdi. Daha sonra verilişə Umka Hacıyeva gəldi. O, kanaldan qalmaqallı şəkildə ayrılmışdı.