"Türkmənistan prezidentinə deyəcəm ki..." - Rəqsanə

"Türkmənistan prezidentinə deyəcəm ki..." - Rəqsanə
4980 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Rəqsanə İsmayılova Türkmənistan prezidenti Qurbanqulı Berdımuhəmmədovun onun “İnanımmı” mahnısını oxumasına münasibət bildirib.

Sənətçi Axşam.az-a açıqlamasında deyib ki, prezidentin ifasını dinləyərkən göz yaşlarını tuta bilməyib:

“Bu, mənim üçün çox sevindirici haldır. Bir ölkənin başçısı mahnımı səsləndirib. Deməli, o, yaradıcılığımla tanışdır, bəstəyə qulaq asıb. Türkmənistan böyük bir dövlətdir. Onun mahnımı oxuması sənətdə uğur qazanmağımdan xəbər verir. Yəni mən nəsə əldə etmişəm ki, ifam oralara qədər gedib çıxıb. Vaxt var idi çoxları ifamı bəyənmirdi, mahnılarımı bayağı adlandırırdı. Buna baxmayaraq, Rəqsanə olaraq öz sözümü deməyi bacardım. Prezidentin oxumağı məni tənqid edənlərə bir cavabdır. Görsünlər ki, hətta prezident belə bəyənib oxuyub. Mənim öz ifa tərzim var və bunu sevdirdim. Qurbanqulı Berdımuhəmmədovun ifasına qulaq asanda sevincdən gözlərimdən yaş axdı. Mahnıda bəzi sözlər tərcümə edilib. Amma əksər hissələr eynilə mənim oxuduğum kimi qalıb”.

Rəqsanə yaxın günlərdə Türkmənistana gedib, prezidentlə şəxsən tanış olmaq arzusunu da dilə gətirib:

“Mən hər istədiyini edən biriyəm. Bir də gördünüz Türkmənistana, prezidentlə görüşməyə getdim. Ona deyəcəyəm ki, mahnısını oxuduğunuz insan mənəm. Amma hələ ki, işlərim çoxdur. Buna vaxt ayıra bilməyəcəm. Həm də Türkmənistana getmək o qədər də asan deyil. Bu, zaman aparacaq. Onu deyə bilərəm ki, 2014-cü il mənim üçün uğurlu başladı”.

Qeyd edək ki, aşağıdakı videonun 4:28-ci saniyəsində adıçəkilən mahnını Türkmənistan prezidentinin ifasında dinləyə bilərsiniz.