Öpüşün insan orqanizminə faydalı olduğunu bilirdinizmi?

Axşam.az xarici mediaya istinadən bu barədə məlumat verir:

1. Öpüşmək insanın əhvalına müsbət təsir göstərir. Səhər-səhər cəmisi 20 saniyə öpüşmək gün ərzində insanın xoş əhvalı üçün kifayət edir.

2. İnsan öpüşən zaman kalori sərf edir. Odur ki, daha çox öpüşməklə insanlar pəhriz saxlamadan arıqlaya bilərlər.

3. Öpüşmək kariesin yaranmasına qarşı ən gözəl vasitədir. Belə ki, öpüşən zaman ağız boşluğundakı turşuluq normallaşır və tənzimlənir.

4.Öpüşərkən qanda adrenalinin səviyyəsi yüksəlir ki, bu da insanda zehni və fiziki fəallığı artırır.

5. Ürək damar sisteminin gimnastikası üçün öpüşmək ən effektli vasitələrdən biridir. Belə ki, öpüşən zaman insanın nəbzi daha sürətlə döyünür, qan dövranı yaxşılaşır.

6. Gərginliyə, stressə və depresiyaya qarşı mübarizədə öpüşməyin müsbət təsiri böyükdür.

7. Öpüşmək ağciyərlərin fəaliyyətinə müsbət təsir göstərir. Belə ki, insan adi halda bir dəqiqədə 20-25 dəfə nəfəs alıb verirsə, öpüşəndə bu rəqəm 60-a çatır.

8. Öpüşmək insanı üz dərisinin qırışmasından xilas edir. Öpüş üz dərisinin 30-35 əzələsinə təsir edir ki, məhz bu əzələlərə başqa vasitə ilə təsir etmək olmur.

9. Öpüş zamanı insan orqanizmində xəstəlik yarada biləcək bakteriya və virusları məhv edən neyropeptidlər yaranır ki, bununla da bir çox xəstəliklərə qarşı profilaktik tədbir görülmüş olur.

10. Baş və diş ağrısını aradan qaldırmaq üçün öpüşməkdən dərman kimi istifadə etmək olar. Çünki öpüş zamanı qana endorfin daxil olur ki, bu da ağrıların kəsilməsində böyük rol oynayır.



                 

Digər Xəbərlər