Musiqiçi Berkayla yaşadığı dava sonrası 12 il həbsi istənilən Arda Turana bir şok da qayınatasından gəlib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 8,5 aylıq hamilə olan Aslıhan Doğanın pis olması atası Sabri Doğanı özündən çıxarıb. Qızını evinə aparan ata Ardaya “Qızım uşağı doğana qədər burada qalacaq. Qızım hamilədir. Evdə tək qalır, başına iş gələr, sən gecələrdə əylənirsən” deyib.

Hazırda Arda evdə tək qalır. Aslıhan isə hərdən evinə gedir, anası Gülər isə onu bir dəqiqə də tək qoymur.

Qeyd edək ki, Berkayın həyat yoldaşı Özlem Ada Şahinə təcavüz etdiyi iddia edilən Turan ifaçının burnunu qırıb. Davanın sonunda Berkay xəstəxanalıq olub. Ardanın isə əlində silahla yayılan şəkilləri hər kəsi təəccübləndirib.



                 

Digər Xəbərlər