"Yasak Elma" serialının aktrisaları Şevval Sam və Eda Ece ötən gecə İstanbulda Beyoğlunda görüntülənib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, serialın Cihangirdə gerçəkləşən çəkilişlərinin ardından restorana gedən aktrisalar jurnalistlərlə söhbət ediblər. Eda "Bəsdirin, bütün sualları Talatla bağlı verirsiniz" deyərək, əsəbiləşib. 

Talatın Şevvalı məhkəməyə verib 100 min lirə (təxminən 30 min manat) istədiyi bildirilmişdi. Bundan danışan Şevval "Bu xəbərlər mənasızdır. Belə bir hal yoxdur" deyib.

Qeyd edək ki, Bulut ötən günlərdə çəkiliş məkanında işləyən bir qadın nəzarətçiyə təcavüz etməsi ilə gündəmə gəlmişdi. Sam isə onunla bağlı gözlənilməz açıqlama vermişdi.



                 

Digər Xəbərlər