"Övladım hansı peşəni seçsə, onun yanında olacam. Mənim yanımda atam oldu".

Axşam.az-ın məlumatına görə, bu sözləri ARB TV-nin “Düz bazar” proqramına qonaq olan müğənni Lətifə Soyuöz deyib. İfaçı sənətə gəlməkdə ona atasının dəstək olduğunu söyləyib:

“Hansı peşəni seçsə onun yanında olacam. Mənim yanımda atam oldu, səhəyə o, çıxartdı, bütün işlərimdə dəstək verdi. Çətin sənətdir. Ailəm də mənə güvənib dəstəyini əsirgəmədi. Atam “Aktyorlar evi”nin sədri idi. Şou-biznesdə nə var, nə yox bilirdi. Ailəm də bu günə kimi tam arxamdadır”.



                 

Digər Xəbərlər