Qubada əmisi oğlunun arvadını qaçıranı öldürdülər

Qubada əmisi oğlunun arvadını qaçıranı öldürdülər
3165 dəfə oxunub
  • A-
  • A
  • A+

Qubada əmisi oğlunun arvadını qaçıran şəxs öldürülüb.

DİN-in mətbuat xidmətindən Axşam.az-a bildirilib ki, oktyabrın 19-da rayon sakini olan 25 yaşlı qadının itkin düşməsi barədə məlumat daxil olub. Araşdırmalarla qadının həmin gün ərinin qohumu tərəfindən öz razılığı ilə qaçırıldığı müəyyən edilib.

Oktyabrın 22-də həmin şəxs bu əməli törətdiyinə görə qadının yaxın qohumları tərəfindən yaşadıqları kənd ərazisində döyülmüş və o, aldığı xəsarət nəticəsində hadisə yerində ölüb. Bu ağır cinayəti törətməkdə şübhəli bilinən bir neçə şəxs saxlanılıb.

Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanılıb.

Qeyd edək ki, qaçırılan qadın Aynur Əsədovadır, onu qaçıran sonradan döyülərək öldürülən şəxs isə Elşad Əsədovdur. Qızın qohumları tərəfindən onun döyülməsi və təhqir olunmasını əks etdirən videogörüntülər sosial şəbəkələrdə yayılıb.