Sabah yağış yağacaq

Sabah yağış yağacaq
1046 dəfə oxunub
  • A-
  • A
  • A+

Sabaha gözlənilən hava şəraiti açıqlanıb.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Departamentindən Axşam.az-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında oktyabrın 23-də hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin gecə bəzi yerlərdə qısamüddətli yağış yağacağı ehtimalı var. Səhər bəzi yerlərdə duman olacaq. Cənub-şərq küləyi əsəcək.

Havanın temperaturunun Abşeron yarımadasında gecə 12-15, gündüz 21-24,  Bakıda gecə 14-16, gündüz 22-24 dərəcə isti olacağı gözlənilir.

Atmosfer  təzyiqi 762 mm civə sütunu, nisbi rütubət gecə 80-90, gündüz 55-60 faiz olacaq.

Azərbaycanın rayonlarında oktyabrın 23-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, lakin gündüz bəzi dağlıq ərazilərdə qısamüddətli yağış yağacağı gözlənilir. Səhər ayrı-ayrı yerlərdə duman olacaq.  Zəif şərq küləyi əsəcək. 

Havanın temperaturu gecə 12-17, gündüz 22-27, dağlarda gecə 5-10, gündüz  15-20 isti təşkil edəcək. 

Tibbi-meteoroloji proqnoza görə, oktyabrın 23-də Abşeron yarımadasında meteoroloji amillərin zəif və mülayim tərəddüdü meteohəssas insanlar üçün əsasən əlverişlidir.