“Çukur”dakı “Lal Fındık” azərbaycanlı imiş

“Çukur”dakı “Lal Fındık” azərbaycanlı imiş
2945 dəfə oxunub
  • A-
  • A
  • A+

Məşhur türk serialı “Çukur”da “Lal Fındık” obrazını canlandıran aktyor Ramin Nəzirin azərbaycanlı olduğu ortaya çıxıb.

Axşam.az xəbər verir ki, bu barədə Türkiyə mətbuatı məlumat yayıb.

Ramin Nəzir 1970-ci ildə Azərbaycanda anadan olub. Təhsilini Müjdat Gezen Sənət Mərkəzinin teatr bölümündə alıb.

Bir çox teatr tamaşasında rol alan Ramin Nəzir “Acayip Tipler” adlı əyləncə verilişində iştirak edib.

Qeyd edək ki, “Lal Fındık” obrazı serialın sonuncu bölümündəki  bıçaq səhnəsi ilə xüsusi diqqət çəkib.