Xanım Qafarovanın qızı Mahsunun filmində - Fotolar

Xanım Qafarovanın qızı Mahsunun filmində - Fotolar
6917 dəfə oxunub
  • A-
  • A
  • A+
Xərçəng xəstəliyindən dünyasını dəyişən əməkdar artist Xanım Qafarovanın 11 yaşlı qızı Gövhər Türkiyədə filmə çəkilir.

Axşam.az xəbər verir ki, aktrisanın qızı Mahsun Qırmızıgülün rejissoru olduğu “Mucize 2” filmində rol alacaq. Artıq filmin çəkilişlərinə start verilib.

Qeyd edək ki, Gövhərin filmə çəkilməsi iş adamı Mübariz Mənsimovun xahişi ilə baş tutub. O, Gövhərin filmə çəkilmək arzusundan xəbərdar olduqdan sonra bu addımı atıb.

“Mucize 1” filminin sujet xəttini 1960-cı ildə Mahir adlı bir müəllimin İzmirdən şərq rayonlarının birinə təyinat alması və burada üzləşdiyi hadisələr təşkil edir. Film fiziki məhdudiyyətli insanların həyata inteqrasiyasında yaranan çətinliklərdən bəhs edir. Məlumata görə, “Mucize 2” filmi birinci filmdəki hadisələrdən yeddi il sonra baş vermiş əhvalatla bağlı olacaq. Filmdə Əziz adlı fiziki məhdudiyyətli bir gəncin Mahir müəllim sayəsində dəyişən həyatı və bu istiqamətdə yaşanan digər hadisələrə işıq salınacaq.

Foto: baku.ws