“Azəri Vandam”ı Bakıda döydülər

“Azəri Vandam”ı Bakıda döydülər
3763 dəfə oxunub
  • A-
  • A
  • A+

Özünü “Azəri Vandam” kimi təqdim edərək sosial şəbəkələrdə videolarını paylaşan Zaqatala sakinini Bakıda döyüblər.

Axşam.az "Yenicag"a istinadən xəbər verir ki, hadisə Nərimanov rayonu ərazisində qeydə alınıb.

Onun metronun Nəriman Nərimanov stansiyasının ətrafında özünü “Vandam” kimi təqdim edib, səs-küy salması ətrafdakılar tərəfindən xoş qarşılanmayıb.

Bu zaman gənclərdən biri “Azəri Vandam”a yaxınlaşaraq “bambılılıq etmə, ətrafda insanlar var” deyib. “Azəri Vandam”ın gəncə cavab qaytarması ona baha başa gəlib.

Belə ki, adı dəqiqləşdirə bilinməyən gənc “Azəri Vandam”ı sillə-təpiyə “qonaq edib”. Ətrafdakıların müdaxiləsindən sonra davanın böyüməsinin qarşısı alınıb.