Hadisə köhnə sevgilisini xatırlayıb ağladı - Video

Hadisə köhnə sevgilisini xatırlayıb ağladı - Video
2305 dəfə oxunub
  • A-
  • A
  • A+
Müğənni Hadisə münsif olduğu "O səs Türkiyə" yarışmasında kövrək anlar yaşayıb.

Axşam.az-ın "Haberler"ə istinadən məlumatına görə, ifaçı proqrama qatılan Sercan Aytepe adlı yarışmacının oxuduğu "Damla Damla" adlı mahnısından sonra göz yaşlarına hakim ola bilməyib.

Hadisə mahnının ona keçmiş sevgisini xatırlatdığını bildirib:

"Hamımızın həyatında bir hekayə olur. Sevgi olur, ayrılıq olur. Amma elə sevgilər var ki, onları rahat yaşayırsan. Bəzi mahnılar da elə toxunur ki...Bu mahnı da mənim bir vaxtlar rahat yaşadığım sevgini xatırlatdı".

Müsabiqənin digər jürisi Seda Sayan da Sercanın ifasından təsirləndiyini və göz yaşlarını saxlaya bilmədiyini vurğulayıb.