Sinan Akçıl yeni eşq yaşayır? - Fotolar

Sinan Akçıl yeni eşq yaşayır? - Fotolar
2284 dəfə oxunub
  • A-
  • A
  • A+
“Aşk ve mavi” adlı serialda rol alan aktrisa Burcu Kıratlı ötən gecə müğənni Sinan Akçılla İstanbulun Nişantaşı istiqamətində görüntülənib.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, dostlarından birinin dəvəti ilə məkanda vaxtlarını keçirən Sinan və Burcu restoranı gecəyarısı birlikdə tərk ediblər.

Kameraları görən ikili "Ola bilməz" deyərək dərhal avtomobilə minib və ərazini tərk edib.

Qeyd edək ki, Kıratlı 2 ildir adıçəkilən ekran işində tərəf müqabili, aktyor Polad Sadunoğlu ilə sevgili idi. Cütlük bir müddət əvvəl ayrılıb. Sinan isə sonuncu dəfə fotomodel Buse Narcı ilə eşq yaşayıb.