Ronaldodan təcavüz ittihamlarına reaksiya

Ronaldodan təcavüz ittihamlarına reaksiya
1296 dəfə oxunub
  • A-
  • A
  • A+

"Yuventus"un hücumçusu Kriştiano Ronaldo 2009-cu ildə Ketrin Mayorqa adlı amerikalı xanıma təcavüz etməsi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.

Axşam.az-ın Qol.az-a istinadən yaydığı xəbərə görə, portuqaliyalı futbolçu Çempionlar Liqasının qrup mərhələsinin 3-cü turunun "Mançester Yunayted"lə oyunu öncəsi "Old Trafford" stadionunda təşkil olunan mətbuat konfransında barəsindəki ittihamlara da cavab verib. O bildirib ki, həqiqət gec-tez üzə çıxacaq:

"Vəkillərim məsələ ilə bağlı özlərinə güvənirlər. Həqiqət hər zaman ortaya çıxır. Meydanda və ondan kənarda nümunəvi insan olmağımdan yüz faiz əminəm. Hər zaman gülən və xoşbəxt insanam. Möhtəşəm komandada oynayıram, gözəl ailəm və 4 uşağım var. Əsas odur ki, sağlamam və hər şeyim var. Qalan şeylər mənə təsir etməz. Təcavüz iddiaları ilə bağlı yalan danışmıram. Vəkillərim və mən məhkəməni udacağımıza əminik".

Qeyd edək ki, Ronaldonun keçmiş model Ketrin Mayorqaya təcavüz etməsi və ona susması qarşılığında 375 min avro verməsi ilə bağlı iddialar irəli sürülüb.