Kral ailəsinin gəlini geyimi ilə qanunları pozdu - Fotolar

Kral ailəsinin gəlini geyimi ilə qanunları pozdu - Fotolar
5720 dəfə oxunub
  • A-
  • A
  • A+
36 yaşlı Meqan Markl yenidan kral ailəsinin qanunlarını pozub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, həyat yoldaşı, şahzadə Harri ilə Avstraliyaya səfər edən 3,5 aylıq hamilə aktrisa geyimi ilə sərhədləri aşıb.

Belə ki, o, kral ailəsində qadağan olunmuş dekolte və uzun yarıqlı libasda cəmiyyət içinə çıxıb. Bundan başqa, həyat yoldaşı ilə cəmiyyət içində əl-ələ tutmağa icazə verilməsə də, cütlük yol boyu əl-ələ gəzib.

Qeyd edək ki, bundan əvvəl də Markl Bukingem sarayında keçirilən təntənəli gecədə oturuşuna fikir vermədiyi üçün qaydaları pozub. O, tədbirdə duruşuna fikir verməli və ayaqlarını yan-yana qoyaraq oturmalı imiş. Amma Meqan ayaqlarını ayaqlarının üstünə aşıraraq əyləşib. Bu səbəbdən ingilis mediası onun fotolarını paylaşaraq tənqid edib.