Kıvanç xanımına qadağa qoydu

Kıvanç xanımına qadağa qoydu
4327 dəfə oxunub
  • A-
  • A
  • A+

“Organize işler 2” filmi ilə tamaşaçı qarşısına çıxmağa hazırlaşan aktyor Kıvanç Tatlıtuğ xanımı Başak Dizerə qadağa qoyub.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktyor xanımının reklam üçün kamera önünə keçməsini istəmir.

Başak ona gələn 1 milyon lirəlik reklam təklifi üçün Kıvançı razı sala bilməyib. Bildirilir ki, Tatlıtuğ qısqanc olduğundan xanımının ekranlarda görünməsinin əleyhinədir.

Qeyd edək ki, cütlük 2016-cı ildə ailə qurub. Aktyor ailəsini mediadan uzaq tutmağa çalışır.