Mehriban Əliyeva yeni məktəbin açılışında - Fotolar

Mehriban Əliyeva yeni məktəbin açılışında - Fotolar
1648 dəfə oxunub
  • A-
  • A
  • A+

Oktyabrın 23-də Bakının Nərimanov rayonunda Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan 11 saylı xüsusi təhsil məktəbinin yeni binasının açılışı olub.

Axşam.az xəbər verir ki, birinci vitse-prezident Mehriban Əliyeva açılışda iştirak edib.

O, məktəbin rəmzi açılışını bildirən lenti kəsib və bu təhsil ocağında yaradılan şəraitlə tanış olub.

Qeyd edilib ki, təhsil müəssisəsinin binasının ümumi sahəsi 4 min kvadratmetrdən çoxdur. Burada 21 sinif otağı, psixoloq, defektoloq, həkim otaqları, idman və akt zalları, yeməkxana var. Eyni zamanda, burada uşaqların istifadəsi üçün kitabxana yaradılıb.

Məktəbin üçmərtəbəli binası 250 şagird üçün nəzərdə tutulub.