İnstaqramda ən çox izlənilən ailə - Fotolar

İnstaqramda ən çox izlənilən ailə - Fotolar
5003 dəfə oxunub
  • A-
  • A
  • A+

Dominikan adasında yaşayan Rob və Katya adlı cütlük İnstaqram fenomeninə çevrilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, buna səbəb "Dünyanı sevgi qurtaracaq" deyən ikilinin sosial mediada paylaşdığı fotolardır.

Robla Meksikada toylardan birində tanış olan Katya 8 ay sonra onunla ailə qurub. Katya hamilə olarkən cütlük Dominikan adasında məskunlaşmağı və övladları ilə daha sağlam həyat yaşamağı qərara alıblar.

Daha sonra Rob və Katya evləndikləri gündən oğulları doğulana və böyüyənə qədər olan anları İnstaqram səhifəsi açaraq orada yerləşdiriblər. Sevgi dolu anlarını tez-tez sosial şəbəkədə paylaşan 4 üzvlü ailəni izləyənlərin sayı günü-gündən artır.