Evlənmə təklifinə rədd cavabı alan varlı gənc hirsini belə çıxdı - Video

Evlənmə təklifinə rədd cavabı alan varlı gənc hirsini belə çıxdı - Video
7776 dəfə oxunub
  • A-
  • A
  • A+

Çində qız insanların gözü qarşısında imkanlı oğlanın evlənmə təklifini rədd edib.

Axşam.az oxu.az-a istinadən xəbər verir ki, oğlan qıza "Lamborghini" markalı avtomobil də hədiyyə etsə belə, qarşı tərəfin müsbət cavabına nail ola bilməyib. Oğlanın dizə çökərək evlənmə təklifinə rədd cavabı verən xanım "Bağışla, istəmirəm", - deyib.

Lakin oğlan fikrindən dönmək niyyətində olmayıb. Onun "Çoxlu pulum var, nə qədər istəsən, o qədər sənə avtomobil ala bilərəm. Mənə ərə gəl" yalvarışına qız "Nə olsun ki, pulun var?" deyərək rəfiqəsi ilə birlikdə görüş yerini tərk edib.

Qəzəblənən oğlan isə gül buketini səhnəni lentə alanlardan birinə atıb və nişan mərasimi üçün hazırladıqlarını dağıtmağa başlayıb.