“Çirkin ördək balası” deyə lağa qoyulan qız dünya gözəli oldu - Fotolar

“Çirkin ördək balası” deyə lağa qoyulan qız dünya gözəli oldu - Fotolar
8237 dəfə oxunub
  • A-
  • A
  • A+

Sinif yoldaşları tərəfindən zahiri görkəminə görə tez-tez lağa qoyulan, hətta “Çirkin ördək balası” deyə adlandırılan Coanna Cosef adlı qız gözəllik kraliçası olub.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Hindistan doğumlu Malaziyada yaşayan qız 7 yaşında 60 kiloqram olub. Kök olduğu üçün heç kimin ona yaxın durmadığını görən Coanna 16 yaşından arıqlamağa qərar verib.

Həyatından zərərsiz qidaları tamamilə çıxaran Cosef evlərinə yaxın yerləşən tarlada hər gün 2 saat qaçıb. 16 yaşında 102 kiloqram olan qız getdikcə arıqladığını və bundan xoşlandığı görüb.

Model olmaq istəyi Coannanı daha çox zəifləməyə sövq edib.

İstəyinə nail olan gənc əvvəlcə “Miss Selangor Dünya Gözəllik Yarışması"nda birinci yerə, “Hindistan Gözəllik yarışması”nda isə ikinci yerə çıxıb.