"Kök olanda nə olar?" - Xuraman əsəbiləşdi

"Kök olanda nə olar?" - Xuraman əsəbiləşdi
3465 dəfə oxunub
  • A-
  • A
  • A+

Aktrisa Xuraman Əlizadə Milli.Az-a müsahibə verib.

Axşam.az həmin müsahibəni təqdim edir:

- Xuraman xanım, uzun illər teatrda çalışmısınız. Hal-hazırda bu sənət ocağı üçün darıxırsınız?

- Bəzən darıxıram, bəzən də yox.

- Ən çox hansı rolunuz üçün darıxırsınız?

- Rol yox, tamaşa üçün darıxıram. "Ələddinin sehrli çırağı", "Nənənin kələyi" tamaşalarında iştirak etmişəm. Tərəf müqabillərim o dövrün ən məşhur və korifey sənətkarları olub. Teatrda həm insan, həm də heyvan rolları oynamışam.

- Alleqorik tamaşalara münasibətiniz necədir?

- Çox yaxşı. Gənc Tamaşaçılar Teatrında 9 ay ştatdan kənar işləyəndən sonra məni ştata "Dovşanın ad günü" tamaşasındakı heyvan obrazı ilə götürmüşdülər. 18 yaşından teatrda işləyirdim. 2008-ci ildə öz xahişimlə ərizəmi yazıb teatrdan getdim. Mən elə bilirdim ki, orda olan bir çoxu mənim dostumdur. Sən demə, elə iş yoldaşlarım imiş. Onlara sizin vasitənizlə demək istəyirəm ki, hərdən məni də yada salsınlar, tamaşalarına dəvət etsinlər. Vallah, dəvət etsələr, gedib sevə-sevə baxaram.

- Yenidən teatra qayıtmaq istərdiniz?

- Bilmirəm vallah! Mən çox istəyirəm qayıdım, amma düşünürəm ki, işlərimlə çatdıra bilməyəcəyəm. Çünki hal-hazırda həm televiziya, həm də xına məclisləri ilə məşğulam.

- Qazancınız hardandır?

- Qazancım yalnız toy, xınadan və televiziyadandır. Toydan toy tuturam, xınadan xına. Tamaşaçı yaxınlaşır, məni bəyəndiklərini söyləyir və nömrəmi alırlar. Mənim üçün insanlarla əlaqə qurmaq çox asandır.

- Siz işdə olarkən övladınıza kim baxır?

- Övladıma dayə baxır. Ev işlərini də, mətbəxi də özüm idarə edirəm. Nə olursa olsun mətbəximi heç kimə etibar edə bilmirəm.

- İnstaqram sosial şəbəkəsində yazılan tənqidlər sizə necə təsir edir?

- Yazırlar ki, köksünüz, əməliyyat etdirin. Məgər, sizin nəslinizdə kök insan yoxdur? Kök olanda nə olar ki? Bəzən əsəbləşirəm, bəzən də gülüb keçirəm. Amma bəzən də məndən hansısa yeməyin hazırlanma qaydasını soruşurlar. Bu zaman yeməyi hazırlayıb, əyani şəkildə onlara göstərirəm.