2 stəkan su üçün ofisianta 10 min dollar verdi - Video

2 stəkan su üçün ofisianta 10 min dollar verdi - Video
2845 dəfə oxunub
  • A-
  • A
  • A+

ABŞ-ın Karolina ştatına məxsus Qrinvil (Greenville) şəhərində maraqlı hadisə baş verib.

Axşam.az xarici mediaya istinadən xəbər verir ki, ən böyük internet paylaşım platforması olan “Youtube”da müxtəlif oyunlar haqda məlumat verən Mister Bist (Mr. Beast) adlı youtuber hərəkəti ilə gündəm olub.

Belə ki, o, restoranlardan birində ona 2 stəkan su gətirən ofisiant Alaina Qasterə 10 min dollar pul verib.

Bu barədə danışan Alaina bildirib ki, bəxşişi görəndə əvvəlcə gözlərinə inanmayıb. Daha sonra o, pulun yanında bir qeyd tapıb. Qeyd də isə “Dadlı su üçün təşəkkürlər” yazısını oxuyub.

Məlumata görə, Mister Bist ilk dəfə deyil ki, belə bir addım atır. O, bundan əvvəl də kasıb və evsiz insanlara müxtəlif məbləğdə pullar verib.