"Bunu Aygün Kazımova və Röya başlatdı" - Nura

"Bunu Aygün Kazımova və Röya başlatdı" -  Nura
2395 dəfə oxunub
  • A-
  • A
  • A+

Müğənni Nura Suri “Sevgi romanı” adlı mahnısına təqdimat mərasimi keçirib.

Axşam.az xəbər verir ki, media nümayəndələrini başına toplayan ifaçı onların suallarını cavablandırıb. Sənətçi bildirib ki, ekran işində tərəf müqabili rejissorun özü olub.

“Klipdə gördüyünüz əllər, məni döyən, başıma oyun açan rejissor Natiq Muxtarovdur” deyə, Suri bildirib. Müğənni şou-biznesdə yaranan durğunluqdan da söhbət açıb:
 
“İş görürük, qarşıda daha bir neçə layihəmiz var. Bir müddət ad almış, hörmətli və sevilən bir çox müğənnilər efirə çıxmadı. Bu səbəbdən də səhnə boş qaldı və nəticədə bayağı musiqi dəbə düşdü. İkinci məsələ bizdə klip kanallarının olmamasıdır. Hər dəfə demişəm ki, klip kanalı olmadığından pul xərcləyib klip çəkdirmək müğənnilərə sərf etmir. Çünki telekanallarda kliplərə sadəcə 1 saat vaxt ayrılır. Ekran işi gün ərzində ən azı 5-10 dəfə yayımlanmalıdır ki, mahnı tanınsın və sevilsin.

Hazırda qadın müğənnilər arasında mübarizə gedir. Hamısı klip çəkdirir. Bunu da başladan Aygün Kazımova və Röya oldu. Aygün birini çəkdirdi, Röya digərini. Belə-belə müğənnilər arasında iş görmək həvəsi yarandı”.

Qeyd edək ki, mahnının sözləri Zülfi Bədəlova, aranjımanı Fərid Ağaya məxsusdur.