"Oğlum atasızlığı hiss etmir" - Günay

"Oğlum atasızlığı hiss etmir" -  Günay
1587 dəfə oxunub
  • A-
  • A
  • A+
Model Günay Musayeva bir geyim firmasının gerçəkləşdirdiyi dəfilədə podiuma çıxıb.

Axşam.az-ın Türkiyə KİV-nə istinadən xəbərinə görə, model daha sonra jurnalistlərin suallarını cavablandırıb.

Günay keçmiş aktyor əri Tolqa Kareldən danışıb. Musyaeva bildirib ki, oğlu Cahangir atasının yoxluğunu hiss etmir:

"Ona həm analıq, həm də atalıq edirəm. Buna görə də atasının yoxluğunu hiss etmir".

Xatırladaq ki, Tolqa Karellə Günay Musayeva 4 illik ailə həyatından sonra 2015-ci ildə boşanıblar. Cütlüyün Cahangir adlı bir oğlu var. Bundan sonra Karel 2016-cı ildə amerikalı Sara Skotla ailə qurub. elə həmin il Çikaqoya köçərək orada turizm şirkəti açıb. Onun Saradan Mia adlı yaş yarımlıq qızı var.