Anası, xalası və bibisi model olan Hanter MakQradinin həyat hekayəsini eşidən heyrətlənir.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, qohumları kimi model olmaq istəyən Hanterə ətrafındakılar “Köksən, səndən model olmaz” deyiblər.

Lakin bu sözdən 2 il sonra MakQradi adını tarixə yazdırmağı bacarıb. Belə ki, 1.80 santimetr boyu olan Hanter böyük bədən model agentliklərinin olduğunu öyrənir və ora müraciət edir. Agentliklər vasitəsilə şöhrət qazanan MakQradinə məşhur dərgi “Sports Illustrated”dən də təklif gəlir.

İndi İnstaqram səhifəsində milyonlarla izləyicisi olan Hanter böyük bədən modellər arasında ən çox axtarılan isimdir.
 
 
 
 
 
 
 
 


                 

Digər Xəbərlər