Tanınmış yazıçı-publisist Pərvin Nurəliyeva Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrının mətbuat xidmətinin rəhbəri təyin edilib.

Axşam.az xəbər verir ki, Pərvin artıq bir müddətdir vəzifəsinin icrasına başlayıb.

Qeyd edək ki, P.Nurəliyeva bir neçə nəsr əsərindən ibarət kitabın müəllifidir. Mütəmadi olaraq mətbuatda esse, hekayə, publisistik məqalə və ədəbi müsahibələrlə çıxış edir. Hekayələri rus, türk, latış və litva dillərinə tərcümə olunaraq müxtəlif dərgilərdə çap edilib. Eyni zamanda "Qadın olmaq” esselər kitabı, Türkiyədə isə "Balerin”, "Anarın dünyası”, "Sevdim seni” adlı kitabları  nəşr olunub.

Pərvin həmçinin bir sıra uşaq pyeslərinin müəllifidir. Azərbaycan Dövlət Gənc Tamaşaçılar Teatrında "Qoğalın sərgüzəştləri”, "Dəcəl keçi”, "Mauqli” pyeslərinə quruluş verib. 2014-cü ildə ölkə prezidentinin sərəncamı ilə Gənclər üçün Prezident mükafatına layiq görülüb.

 



                 

Digər Xəbərlər