100 film “Qızıl nar” uğrunda yarışacaq

100 film “Qızıl nar” uğrunda yarışacaq
310 dəfə oxunub
  • A-
  • A
  • A+

14-17 noyabr tarixlərində IX “START” Beynəlxalq Qısa Filmlər Festivalı keçiriləcək.

Axşam.az xəbər verir ki, festivala bu il 45 ölkədən 490 film göndərilib. Təqdim olunan ekran işləri Festivalın Təşkilat Komitəsinin təyin etdiyi üç nəfərdən ibarət Seçim Komissiyası tərəfindən izlənilərək müsabiqə proqramlarına daxil edilib.

Seçim Komissiyasının qərarına əsasən, bu il festivalın əsas müsabiqə bölmələrində 30 ölkədən 100 film yarışacaq. 72 film Beynəlxalq, 28 film isə yerli müsabiqədə “Qızıl nar” uğrunda mübarizəyə qoşulur. Təşkilat Komitəsi Beynəlxalq müsabiqədə yarışacaq filmlərin keyfiyyət səviyyəsini nəzərə alaraq nominasiyaların sayını artırıb.

Beynəlxalq müsabiqədə filmləri 5 nəfərdən ibarət beynəlxalq münsiflər heyəti qiymətləndirəcək. Yerli müsabiqədə “Ən yaxşı bədii film”, “Ən yaxşı sənədli film”, “Ən yaxşı animasiya filmi”, “Ən yaxşı rejissor”, “Ən yaxşı prodüser”, “Ən yaxşı ssenari”, “Ən yaxşı operator” nominasiyaları üzrə müəyyənləşəcək qalibləri üç yerli mütəxəssisdən ibarət münsiflər heyəti seçəcək.

Festivalda ilk dəfə reallaşan “Cinemobil” –telefonla çəkilmiş film müsabiqəsinə təqdim olunan 15 filmdən yalnız 3-ü onlayn səsverməyə çıxarılacaq. Təqdim olunan 10 kino layihədən də 3-ü “Pitçinq”də müzakirə olunacaq. Festival filmləri 14-17 noyabr tarixlərində Nizami Kino Mərkəzi, “Cinema Plyus- 28 Mall” kinoteatrında saat 12 00- dan 16 00-a kimi nümayiş olunacaq.