Dalkılıç, Melis və Serenayın Bakı qalasında nələr baş verdi? - Fotolar

Dalkılıç, Melis və Serenayın Bakı qalasında nələr baş verdi? -  Fotolar
1030 dəfə oxunub
  • A-
  • A
  • A+

Ötən gün Bakıda Türkiyənin məşhur “Dünya Hali” filminin qala gecəsi baş tutub.

Axşam.az-ın məlumatına görə, Nizami Kino Mərkəzində gerçəkləşən tədbirdə ekran işində rol alan aktyorlar və yaradıcı heyət də iştirak edib.

Onlar arasında filmin baş qəhrəmanları Murad Dalkılıç, Melis Sezen və Serenay Aktaş yer alıblar. Qırmızı xalçadan keçən məşhurlar media nümayəndələrinin suallarını cavablandırıblar.

Murad bir neçə dəfə Bakıya gəldiyini, amma hər dəfə onun marağını çəkən nələrsə tapdığını söyləyib:

“İlk olaraq hər bir kəsə təşəkkürümü çatdırıram. Bizi belə qarşıladınız. Bura gəldiyimiz andan çox gözəl dəqiqələr keçiririk. Hər zaman olduğu kimi qonaqpərvərliyinizə heyran qaldım. Yeməklərinizdən yedik, kabablarınızın dadına baxdıq”.

Obrazından söz açan ifaçı çətin bir xarakter canlandırdığını söyləyib:

“Allah heç kimin başına belə bir hadisə gətirməsin. Murad əslində çox gözəl müğənnidir, aktyorluğuma gəldikdə isə bunu tamaşaçılar və tərəf müqabillərim deyə bilər. Həyatdə hər bir şeyə musiqi sayəsində nail olmuşam. Ona görə heç bir zaman müğənniliyi atmaq fikrim yoxdur. Əslində mənim əsl peşəm aktyorluqdur. Çalışdığım qədər hər iki işi bir arada icra edirəm”.

Həyəcanlı olduğunu deyən Melis Sezen “Maraqla gözləyirik. Ümid edirəm ki, filmi izləyən hər bir kəs məmnun qalar bizim bu işimizdən. Bu film mənə uğur gətirdi. Çünki çəkilişlər bitən kimi, “Mucizə 2″ filminə dəvət aldım. Onun qalası isə mart ayına təsadüf edəcək” sözlərini əlavə edib.  

Qeyd edək ki, ekran işinin rejissoru Ömər Canındır.

Foto: İlqam CƏBİYEV