Xalq artistinin vida mərasimində aktyorlar ağladı: "Son 20 ildə..."

Xalq artistinin vida mərasimində aktyorlar ağladı:  "Son 20 ildə..."
7677 dəfə oxunub
  • A-
  • A
  • A+
Mərhum xalq artisti Amaliya Pənahova ilə vidalaşmaq üçün sənət dostları Təzəpir məscidinə yollanıblar.

Axşam.az-ın məlumatına görə, aktyorlar mərhum aktrisa ilə bağlı xatirələrini bölüşüblər.

A.Pənahovadan danışan əməkdar artist Hüsniyyə Mürvətova göz yaşlarını saxlaya bilməyib:

"Çox kədərli xəbərdir. O, bizə nəinki pedaqoq, həm də ana olub. Bizə həyatı dərk etməyi öyrədib.  Bu yaxınlarda premyera olacaqdı. Son 20 ildə ilk dəfə gəlib bizim çıxışı izləyə bilməyəcək".

Foto: İlqam CƏBİYEV