Adriana ilə Metin ayrıldıqdan iki saat sonra bir-birinə nələr yazdı

Adriana ilə Metin ayrıldıqdan iki saat sonra bir-birinə nələr yazdı
3150 dəfə oxunub
  • A-
  • A
  • A+

Eşqləri maqazin gündəmindən düşməyən yazıçı Metin Hara ilə model Adriana Lima bir-birinə sosial şəbəkədə yazdıqları ilə gündəmə gəliblər. 

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, Hara həm işləri, həm də sevgilisini görmək üçün ABŞ-a gedib. Cütlük bir müddət birlikdə vaxt keçirib.

Lima "Victoria's Secret"in dəfiləsinə hazırlaşmaq üçün Nyu-Yorka yollanıb. Los-Ancelesdə qalan Metin Limanın iti ilə şəkil paylaşaraq "Cəld və əsəbi" filminin aşağı büdcəsinin fərqli versiyası" şərhini yazıb.

Haranın bu paylaşımına Adriananın cavabı gecikməyib. Lima sevgilisinin paylaşımına "Büdcə gözəl ürəkdir, incəlikdir, mərhəmətdir və ən önəmlisi də sənin mənim həyatıma gətirdiyin xoşbəxtliyi satın ala bilməz. Səni sevirəm, hər şeyim" sözlərini yazıb.

Hara da bu mesaja "Ayrıldıqdan sadəcə bir neçə saat sonra sənin üçün darıxdım. Mənim dayağım" cavabını verib.