Aygün və Rəhim dinləyiciləri Bakı küçələrindən salamladı

Aygün və Rəhim dinləyiciləri Bakı küçələrindən salamladı
1346 dəfə oxunub
  • A-
  • A
  • A+
6 noyabr Televiziya və Radio işçilərinin peşə bayramı münasibəti ilə Azad Azərbaycan 106.3 FM radiosu maraqlı yayım nümayiş etdirib.

Axşam.az-ın məlumatına görə, “Tıxacı tıxaca salırıq” şüarı ilə yayım avtomobillə həyata keçirilib. Belə ki, sözügedən tarixdə radionun proqramları paytaxt Bakının küçələrindən yayımlanıb. 

“Boomerang”, “Dəbli şou”, “Avtostop” verlişlərinin aparcıları öz dinləyicilərini Bakının küçə və prospektlərindən salamlayıb. Aparıcılar və texniki heyət radio tərəfindən bəzədilmiş xüsusi avtomobildə hərəkət edərək yayım həyata keçiriblər.

“Dəbli şou” verlişində xalq artisti Aygün Kazımova və müğənni Rəhim Rəhimli də iştirak ediblər.