Aygün Səmədzadənin ad günüdür

Aygün Səmədzadənin ad günüdür
1458 dəfə oxunub
  • A-
  • A
  • A+
Bu gün tanınmış bəstəkar Aygün Səmədzadənin 47 yaşı tamam olur.

Axşam.az-ın məlumatına görə, sənətçi 1967-ci il yanvarın 11-də Bakıda anadan olub.

Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, Bakı Musiqi Akademiyasının Musiqi tarixi kafedrasının baş müəllimi olan A. Səmədzadə "Tut ağacım" (Aygün Bəylər), "Məktəb illəri" (Lalə Məmmədova), "Bu dünyanı nağıl bilək", "Tənha royal" (İlqar Muradov), "Bakinskiy roman" (Qismət), "Gecələr" (Azərin), "Yağış", "Bakı haqqında nağıl" (Eyyub Yaqubov), "Sənli günlərimçün çox darıxmışam" (İlhamə Quliyeva), "Qəfil zəng", "Peşmanam" (Ayaz) və bir çox digər mahnıların müəllifidir.

2000-ci il "Best of Best" müsabiqəsində bəstəkarın "Məktəb illəri", 2002-ci ildə keçirilən "Nəğmələrin nəğməsi" müsabiqə-festivalda "Bu dünyanı nağıl bilək", "Yağış" mahnıları birinci yerlə mükafatlandırılıb, "Tut ağacım" isə Tamaşaçı Rəğbəti və Qran-pri mükafatına layiq görülüb. 2006-cı ilin yekunlarına görə, "Subaylığın son gecəsi" "İlin Mahnısı" adını alıb.

Axşam.az kollektivi bəstəkarı ad günü münasibətilə təbrik edir, gələcək işlərində uğurlar arzulayır.