25 yaş kiçik xanımını döydü – Məhkəməyə verildi

25 yaş kiçik xanımını döydü – Məhkəməyə verildi
1365 dəfə oxunub
  • A-
  • A
  • A+
Bodrumda yaşayan müğənni Nejat Özyılmazel (Neco) özündən 25 yaş kiçik xanımı İdil Erkeni döyüb.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, İdil baş verənlərdən sonra məhkəməyə baş vurub. Məhkəmə 3 ay uzaqlaşdırılma cəzası ilə nəticələnib. İddialara görə, Erkenin sinəsi və əlləri yaralanıb.

İdil boşanmaq istəsə də, ikilinin hələ birlikdə yaşadığı deyilir.

Qeyd edək ki, 2008-ci ildə ailə quran cütlüyün iki qız övladı var.