"Bilirdim ki, Amaliya xəstədir" - Firəngiz Mütəllimova

"Bilirdim ki, Amaliya xəstədir" -  Firəngiz Mütəllimova
2958 dəfə oxunub
  • A-
  • A
  • A+
"Bilirdim ki, Amaliya Pənahova xəstədir. Amma belə gedəcəyinə inanmırdım".

Axşam.az-ın məlumatına görə, bu sözləri xalq artisti Firəngiz Mütəllimova ötən gün dünyasını dəyişən Amaliya Pənahovanın vida mərasimində deyib. Media nümayəndələrinə açıqlama verən aktrisa bunları söyləyib:

"Hamı onun sənətdəki nailiyyətlərindən xəbərdardır. Çox fədakar aktrisa olub. Oynadığı tamaşaların sayı-hesabı yoxdur.

Onun belə gedəcəyini gözləmirdim. Həyatı çox sevirdi. İndi teatrı bu qədər sevən insanlar az qalıblar".

Foto: İlqam CƏBİYEV