Şəhər həyatından qaçıb kənd həyatı yaşayan məşhurlar sırasına aktrisa Özgü Namal da qatılıb.

Axşam.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, aktrisa əri Sərdar Oral və iki uşağı ilə Muğla Köyceğizdə bir evdə yaşamağa başlayıb.

Aktrisalığa son qoyan Özgü yeni biznesə başlayıb. O, Balkan eşşəklərini alaraq dünyanın ən bahalı pendiri sayılan Puleni istehsal etmək niyyətindədir.

Məlumata görə, Pule pendirinin bir kilosu 1000 dollardır. 100 eşşəyin südündən 1 kiloqram pule pendiri alınır və bu bir kiloqram pendiri hazırlamaq üçün 25 litr eşşək südü lazımdır.





                 

Digər Xəbərlər