Məşhur bloqqerə görə Bakıda görünməmiş izdiham - Video

Məşhur bloqqerə görə Bakıda görünməmiş izdiham - Video
4251 dəfə oxunub
  • A-
  • A
  • A+

Rusiyada yaşayan azərbaycanlı bloqqer Hüseyn Həsənov yenə gündəm olub.

Axşam.az xəbər verir ki, Bakıya gələn bloqqer izləyiciləri ilə görüşüb.

Ticarət mərkəzlərindən birində təşkil olunan görüşdə gözlənilməz izdiham yaşanıb. Belə ki, Hüseyni görmək üçün 10 mindən çox fanat ticarət mərkəzinə axışıb.

Ağzına qədər dolu olan mərkəzə girə bilməyən Həsənov avtomobilin üzərinə çıxaraq fanatlarını daha da coşdurub.

Hüseyn bir çox ölkədə olduğunu, lakin ilk dəfədir ki, bu cür izdihamla rastlaşdığını söyləyib. O, Azərbaycanı, xalqını çox istədiyini bildirib.

Qeyd edək ki, Rusiyanın ən populyar videoblogerlərindən olan H.Həsənov Sankt-Peterburqda anadan olub, restoran biznesinə sahibdir. Bundan başqa, o, 7 milyonluq izləyicisi olan İnstaqram səhifəsindən də pul qazanır. Bloqqerin sözlərinə görə, onun hesabındakı bir paylaşımın qiyməti 600-700 min rubla (təxminən 15-18 min AZN) bərabərdir.