Bu qadın 50 ildir beton yeyir - Fotolar

Bu qadın 50 ildir beton yeyir - Fotolar
1535 dəfə oxunub
  • A-
  • A
  • A+
Türkiyədə yaşayan Zahide Yetiş adlı qadın açıqlaması ilə ölkə gündəminə çevrilib.

Axşam.az xarici KİV-ə istinadən xəbər verir ki, 58 yaşlı qadın 8 yaşından beton yediyini bildirib:

“Atam inşaat işində işləyirdi. O zaman 8 yaşında idim. Bir gün betonun iyi mənə xoş gəldi və dadına baxdım. Ondan sonra beton yeməyə başladım. Evdə heç kim bilmirdi. İndi də evimin hər yerində beton var. Yastığımın altında, cibimdə gizlədirəm. Çünki yoldaşım və uşaqlarım betonu tapan kimi tullayırlar. Hər gün kibrit qutusu boyda yeyirəm. Dişlrim sınır, amma bədənim tələb edir”.